AZ

Milli Məclisin işçi qrupları və nümayəndə heyətləri xarici dövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublar ünvanlayıblar

Bakı. Trend:

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları vəbeynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətləri xaricidövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublargöndəriblər.

Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumatverilib.

Məktublarda deyilir: “Məlum olduğu kimi, Ermənistan irqiayrı-seçkilik və radikal millətçilik ideologiyası əsasındaAzərbaycan xalqına və dövlətinə qarşı genişmiqyaslı hüquqpozuntuları törətmişdir. Ermənistanın sabiq prezidenti LevonTer-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın bu günlərdəortaya çıxmış videoyazısı bunu bir daha göstərir. LevonTer-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özününhakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlətsiyasəti kimi təqdim edən bu çıxış, sözügedən cinayətlərə görəErmənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərinsistematik və mütəşəkkil şəkildə törədilmiş olmasını birmənalışəkildə sübut edir.”

Məktublarda bütün bunları və eləcə də Ermənistanın irqiayrı-seçkilik və sülhə zidd siyasətinin davam etməsini nəzərəalaraq, xarici dövlətlərin parlamentlərinə və beynəlxalq parlamentassambleyalarına Ermənistanı irqçi siyasətdən, revanşizm vəmilitarizm yolundan çəkindirmək və onun Qərbi azərbaycanlılarınqayıdışına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırışifadə olunur.

Məqalədə:
Seçilən
6
39
az.trend.az

10Mənbələr