Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla Yeni il öncəsi telefon danışığının təfərrüatlarını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Mirzoyan yanvarın 8-də keçirilən mətbuat konfransında türkiyəli nazirlə söhbətin təfərrüatları ilə bağlı sualı cavablandırıb. Mirzoyan qeyd edib ki, tərəflər bir-birlərinə təbrik və arzularını çatdırıb, həmçinin dünyadakı vəziyyəti və regional məsələləri müzakirə ediblər.
Diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması perspektivlərindən danışan Mirzoyan qeyd edib ki, Türkiyə tərəfi məsələni Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə əlaqələndirir.
Bu baxımdan, nazir Türkiyə ilə münasibətlərin normallaşmasının Azərbaycanla prosesi asanlaşdıracağına əminliyini ifadə edib:
“Amma dialoq həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr səviyyəsində davam etməlidir”.