AZ

Naxçıvanda smartkart tipli elektrik sayğaclarının sayı artıb

Bakı. Trend:

Ötən il ərzində Naxçıvan Muxtar Respublikasında 1730 ədəd sayğacdəyişdirilib, 126 ədəd bərpa edilib, 62 ədəd sayğac müqaviləsinəxitam verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan DövlətEnergetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, 1130 ədəd yeni sayğac quraşdırılıb,onlardan 400 ədədi smart-kart tipli əhali; 52 ədədi smart-karttipli komersiya; 442 ədədi elektron tipli əhali; 125 ədədi elektrontipli komersiya; 96 ədədi elektron tipli digər komersiya; 14 ədədielektron tipli büdcə təşkilatlarında quraşdırılıb.

Qeyd edilib ki, Naxçıvan, Babək, Şərur və Culfa şəhərində əhaliabonentlərinin ev və mənzillərində ön ödənişli smartkart tiplisayğacların quraşdırılması işləri davam etdirilir. Əhaliyədə bu tipsayğacların sayı 32 627 ədəd olub.

Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növelektrik sayğaclarının sayı 1 yanvar 2025-cü il tarixə 99 548 ədədtəşkil edib.

Məqalədə:
Seçilən
35
2
az.trend.az

3Mənbələr