AZ

Çin yuanı çökdü

İnvestorların ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Çinə qarşı mümkün yeni tarifləri ilə bağlı narahatlığı Çin yuanının dollar qarşısında zəifləyərək 1 dollar üçün 7,33 RMB-yə qədər düşməsinə səbəb olub.

Oxu24.com xəbər verir ki, bu, 2023-cü ilin iyunundan bəri minimumdur.

Çinin və regionun bəzi qonşu ölkələrinin fond indeksləri azalma göstərib: Honq-Konqun Hang Seng indeksi 0,8%, materik Çinin CSI 300 indeksi 0,2%, Yaponiyanın Nikkei 225 indeksi isə 0,3% ucuzlaşıb.

Analitiklər qeyd edirlər ki, Çin yuanına təzyiq təkcə ABŞ-ın seçilmiş prezidentinin ritorikası ilə deyil, həm də Çin iqtisadiyyatında davam edən neqativ hallarla bağlıdır - dekabrın 31-dən bəri yuan beş ticarət sessiyasında ucuzlaşıb.

 

Nigar

Seçilən
37
oxu24.com

1Mənbələr