AZ

ABŞ  son gününə qədər Ukrayna silahlı qüvvələrinə kömək edəcək- Blinken

ABŞ prezidenti Co Baydenin administrasiyasının son gününə qədər ABŞ Ukraynaya hərbi yardım göndərəcək. Vaşinqton Kiyevin digər müttəfiqlərindən də yardımın davam etdiriləcəyinə əmindir.

Vətəninfo.az  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Biz bu administrasiyanın işinin son gününə qədər Ukraynaya bu dəstəyi göstərməyə davam edəcəyik. Bilirəm ki, tərəfdaşlarımız gələcəkdə də dəstəyini davam etdirəcəklər”, – o, Fransaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Kiyevə hərbi yardımın göstərilməsini şərh edərkən bildirib.

Seçilən
16
veteninfo.az

1Mənbələr