AZ

Bakıda özünü qatarın altına atan gənc öldü - Şəhid qardaşı imiş

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yanvarın 7-də Bakı Metropoliteninin "Ulduz" stansiyasında özünü qatarın altına atan Saməddin Aslanov vəfat edib.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 07.01.2025-ci il tarixində saat 22:40-da 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
"Baş-beynin travması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilib.
Aparılan müalicə və reanimasiyon tədbirlərə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 13:00-da onun ölüm faktı qeydə alınıb".
Həmçinin, "Qafqazinfo"nun məlumatına görə, intihar edən gənc 1-ci kurs tələbəsidir.
Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.
Seçilən
27
48
oxu.az

10Mənbələr