AZ

Fransanın Cənubi Qafqaz siyasəti fiaskoya uğrayıb – Tural Gəncəliyev

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi son müsahibə ölkədə və dünyada baş verən proseslərdə  Azərbaycanın yeri və rolunu, sərgilədiyi mövqeni bir daha açıq bəyan etdi. Bu, Azərbaycanın dünyada sülh və barışın tərəfdarı olaraq, Fransa kimi neokolonial dövlətlərə mühüm mesajları kimi də dəyərləndirilə bilər. Bununla yanaşı, Fransa kimi dövlətlərin Azərbaycan kimi ölkələrə qarşı aqressiv, qərəzli yanaşmalarının səbəblərinin aydın olduğu bugünkü geosiyasi reallığa əsasən Fransa-Azərbaycan münasibətlərinin yaxşılaşması yalnız bir halda istisna edilmir.

Deputat Tural Gəncəliyev Prezidentin sonuncu müsahibəsində Fransa ilə münasibətlər kontekstində çox önəmli açıqlamalar verdiyini bildirib.  Onun sözlərinə görə, bu, bir daha sübut etdi ki, Azərbaycan özünə qarşı olan təzyiqlərə, basqılara baxmayaraq milli maraqlarını qoruyur. T.Gəncəliyev hesab edir ki, Fransanın Azərbaycana qarşı fəaliyyətinin arxasında duran məqamlar bu ölkənin erməni mövqeyi ilə əsaslanır:

- Fransa tarixən Azərbaycanafob, türkəfob, islamafob siyasət yürüdüb. Azərbaycanın torpaqlarını işğaldan azad edərək qarşıya qoyduğu bütün vəzifələrə çatması Fransanın regionla bağlı bütün planlarını alt-üst etdi. Fransa Cənubi Qafqazda əsas dayağını zəif oyunçu olan Ermənistan üzərində qurmaqla özünü dalan vəziyyətinə salıb.

Deputat Azərbaycanın normal münasibətlərin qurulmasında maraqlı olduğunu qeyd edib. Eyni zamanda bildirir ki, Ermənistan üzərindən qurduğu planlarını, strategiyanı həyata keçirmək qabiliyyətində olmayan Fransa Azərbaycanla münasibətlərin normallaşması istiqamətində müəyyən mesajlar göndərib.  Prezidentin də söylədiyi kimi, Azərbaycan Fransa ilə dialoqa hazırdır. Məhz Fransa münasibətlərin pisləşməsinə səbəb olduğu üçün öz təşəbbüsü ilə nümayəndələrini göndərə bilər. Prezident bu görüş üçün məkanın yalnız Azərbaycan ola biləcəyini açıq şəkildə bildirib.

T.Gəncəliyev, həmçinin qeyd edir ki, Fransanın xarici siyasəti Makron hakimiyyətə gəldiyi dövrdən bəri tamamilə yalnış strategiya üzərində qurulub. Onun sözlərinə görə, Fransanın Cənubi Qafqazda fiaskoya uğrayan siyasəti, dünyada baş verən geosiyasi proseslər kontekstində mövcud uğursuz siyasəti bir daha bunu təsdiq edir:

- Fransa əldən verdiyi imkanları, etdiyi səhvləri düzəltmək üçün ən azı Cənubi Qafqaz regionun söz sahibi olan Azərbaycanla münasibətləri düzəltməlidir. ATƏT-in keçmiş həmsədr ölkəsi olaraq Ermənistana verdiyi açıq dəstəyə və Azərbayacana qarşı fəaliyyətinə görə üzr istəməlidir.  Tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupu institunun artıq ləğv edildiyini dilə gətirməlidir. Fransa anlamalıdır ki, Azərbaycan özünün suverenliyini, müstəqilliyini qoruduğu kimi, dünyada gedən proseslər kontekstində yeni müstəmləkəçilik siyasətinə qarşı da daim ədalətli, haqq səsini ucaldacaq. Fransa beynəlxalq hüquq, münasibətlər kontekstində kimlərəsə ağıl verməyə çalışacaqsa, birinci özündən başlamalı, Ermənistanın tərəfini tutmamalı, silahlandırmamalıdır. Bütün bunlardan sonra Azərbaycanla münasibətlərin normallaşmasından, yenidən bərabər səviyyədə tərəfdaşlıq münasibətlərinin qurulmasından söz gedə bilər.

... Artıq zaman başqadır. Azərbaycanla heç kim diqtə ilə danışa bilməz.  Fransa bunu anlasa, səhvini etiraf etsə, buraxdığı səhvlərə görə üzr istəsə, Azərbaycanla münasibətləri doğru məcraya yönəldə bilər...

Seçilən
16
hafta.az

1Mənbələr