ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Danimarka rəsmilərinə Qrenlandiyanın alınması ilə bağlı məqsədlərinin ciddiliyi barədə xəbərdarlıq ediblər...
Poliqon xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, krallıq hazırda respublikaçıların ideyasına necə cavab verməli olduğunu diqqətlə ölçüb-biçməkdədir ki, bu, ABŞ-la münasibətlərin pozulmasına gətirib çıxarmasın.
Kopenhagen və Vaşinqtondakı mənbələr isə bildiriblər ki, onlar Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyətini başa düşmürlər, çünki ABŞ tərəfinin artıq ada ilə on illik müdafiə sazişi var. Bu müqavilə Amerikanın oradakı hərbi mövcudluğunu bir neçə dəfə artırmağa kömək etdi.
Poliqon.info