Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Əhməd Yıldız BMT Təhlükəsizlik Şurasında Suriya məsələsi ilə bağlı keçirilən sessiyada çıxış edərək, Suriya torpaqlarının terrorçulardan təmizlənməsinin vacibliyini vurğulayıb. O, PKK/YPG və DEAŞ kimi terror təşkilatlarının Suriyada yerinin olmadığını qeyd edib. Əhməd Yıldız deyib: “Separatçı terror təşkilatı PKK/YPG Suriya torpaqlarında olduğu müddətcə, Suriyanın dinc və firavan olması mümkün deyil. Təbii qaz və neft ehtiyatları üzərində PKK/YPG-nin nəzarətinə son qoyulmalıdır. Bu resurslar Suriyanın qanuni sahiblərinə qaytarılmalıdır.”
Səfir Əhməd Yıldız çıxışında, dinc və siyasi cəhətdən birləşmiş bir Suriyanın qurulmasının ilkin şərtinin terrorun aradan qaldırılması olduğunu vurğulayıb. O, həmçinin beynəlxalq ictimaiyyəti Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə çağırıb.
BMT Baş Katibinin müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer isə toplantıda Suriyaya humanitar yardımlar haqqında danışıb. T.Fletçer Türkiyə sərhədindən Suriyaya gedən yardımların artdığını qeyd edib.