AZ

Ərdəbilin baş mollasının erməniəsilli olması haqda təkzibedilməz faktlar var  - Tural İrfan

Yazını böyüt
Yazını kiçilt

“İran rejimi təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Türkiyə və başqa müsəlman ölkələrinə qarşı da oxşar mənfi addımlar atmaqdadır. Mütəmadi olaraq dini, siyasi zəmində dağıdıcı, nifrət aşılayan, düşmənçilik yaradan hərəkət və açıqlamaları ilə İran islam aləmini çaxnaşdırmaqda, müsəlman ölkələrində müharibə mənbəyi yaratmaqdadır”.

Siyasi-dini şərhçi Tural İrfan hafta.az-a bildirib ki, İranın bu mövqeyi onun dərin dövlət anlayışı çərçivəsində Sasani imperiyasını bərpa etmək məqsədindən irəli gəlir.

“Fars rejimin ideoloji sələfləri İslamı və Türk dünyasını hər zaman özlərinə düşmən görüblər. Ona görə İslamı təhrif edib siyasi amalları üçün alətə çevirməklə aradan çıxarmaq, Türk, müsəlman dövlətlərinə qarşı da düşmən qüvvələrlə birlikdə mübarizə aparmaq yolunu seçiblər. Ərdəbildə baş molla təyin olunmuş şəxsin də erməni əsilli olması haqda təkzibedilməz faktlar var. Bu təyinatın özü də qərəzlidir. İran rejimi Azərbaycan əsilli müsəlmanlar yaşayan ərazilərə məmur, baş molla olaraq həmişə başqa millətin nümayəndələrini təyin edirlər. Ancaq əzəldən türk şəhəri olan Ərdəbilə xüsusi olaraq qəsdən Livan ermənisini- Livanın Cəbəl Amul dağlarından gələn bir soyun nümayəndəsini təyin edib Azərbaycanı, Türkiyəni söydürmək eyni zamanda Cənubdakı soydaşlarımıza təhqirdir”.

T.İrfan Azərbaycana qarşı söyüş aləti olaraq vəzifəyə gətirilən məlum şəxsin aid olduğu tarixi dövrün mahiyyətinə faktlarla diqqət çəkib.

“Sasanilər dövründə Hindistandan erməni əsilli köçərilərin tərkibində İrana gələn Amulinin babaları xəlifə Ömər zamanında fars imperiyası süqut etdirildikdə Suriya və Livanın dağlıq yerlərinə qaçdılar. Orada İslam əleyhinə ideoloji sistem qurub fars milliyyətçi, “Şüubiyyə hərəkatı”nın təməlini qoydular. İndiki İran ərazisində zəmin yaranan kimi dönüb siyasi sistemi dövlət səviyyəsində həyata keçirdilər. Bunun ən bariz nümunəsi Səfəvilər dövründə büruzə verdi ki, məhz Həsən Amulinin babaları da o zaman gəldi. Nəticədə indiki İranda seyid, alim, türk, kürd, fars və başqa kimliklərə sahib olub müxtəlif cildlərə büründülər”.

T.İrfan qeyd edib ki, Azərbaycan və Türkiyə Prezidentlərinə qarşı Həsən Amulinin təşkil etdiyi kampaniyanı 44 günlük müharibə ərəfəsində heç erməni keşişləri belə etmədi. Deməli, Həsən Amuli daha radikal və şovinist ermənidir.

T.İrfan bildirib ki, Prezidentin çıxışında qeyd etdiyi faktlar tamamilə reallığı və gerçək həqiqətləri özündə əks etdirir. Çünki İranın hər zaman Azərbaycana qarşı düşmən mövqedə durduğu göz önündədir.

“Mərhum akademik Ziya Bünyadovu, jurnalist Rafiq Tağını İranın təşkilatçılığı ilə terror edib öldürdülər. Ermənilərə xüsusi məhəbbət təsadüfi deyil. Səfirliyimizə qarşı terror etdilər, Milli Məclisin deputatına qarşı eyni hadisə baş verdi. Ölkəmizdə agentura şəbəkəsi qurub narkotik alverinə rəvac verirdilər. Suriyada İranın ərəb ölkələrinə ixrac etmək üçün Bəşşar Əsədin qardaşı Mahir Əsədlə şərikli narkotik istehsalı zavodları Türkiyə dəstəkli hazırkı lider tərəfindən sıradan çıxarıldı. Odur ki, İslam aləmini zəhərləməyin qarşısı alındığına görə Həsən Amuli kimilərin maddi gəlir sahələrinə xələl gəldi”.

Seçilən
29
hafta.az

1Mənbələr