AZ

"İnsan alverinə qarşı mübarizə daimi diqqət tələb edir" - Mehriban Zeynalova

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova QHT.az-a özəl açıqlamasında insan alveri probleminin həlli üçün davamlı yeniliklərin izlənilməsinin və qanunvericilik bazasının təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

"Azərbaycanda insan alveri ilə mübarizə sahəsində kifayət qədər formalaşmış struktur və kadr potensialı mövcuddur. Ölkə artıq 5-ci Milli Fəaliyyət Planının qəbuluna hazırlaşır. Lakin insan alveri elə bir problemdir ki, daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq mütəşəkkil qruplar və sindikatlar bu sahədə yeni yollar və üsullar axtarır, buna görə də qanunvericilik və mübarizə alətləri yenilənməlidir. Məsələn, son dövrlərdə insan alverinin rəqəmsal cəlb etmə üsulları ortaya çıxıb və buna uyğun tədbirlər görülməlidir."

Mehriban Zeynalova bildirib ki, hazırda ölkədə 10-dan çox QHT insan alveri qurbanlarına dəstək mexanizmlərini həyata keçirir. Bu prosesdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi qurbanların reinteqrasiya və reabilitasiyasını təmin edir, digər QHT-lər isə qabaqlayıcı tədbirlərdə aktiv iştirak edir.

Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanmışdır.

 

Pərvanə Fərhadqızı

Seçilən
28
qht.az

1Mənbələr