AZ

Azərbaycanda mebel istehsalı idxalını 30%-dən çox üstələyib

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 150 milyon 114 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.2% və ya 29 milyon 267 min ABŞ dolları çoxdur. 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 120 milyon 847 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.80% təşkil edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2024-cü ilin ilk 11 ayında ölkədə 335.4 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.5% çoxdur. Beləliklə hesabat dövründə mebel istehsalı idxalını 31.4% üstələyib.

© APA

 

Seçilən
9
2
marja.az

3Mənbələr