AZ

Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmaların həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5 faiz artaraq 2,8 milyon manata yaxın olub.

Hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2 faiz çoxdur.

2024-cü ildə dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə538,1 min manat vəsait daxil olub ki, bu da əvvəlkli illə müqayisədə 87,6 faizçoxdur.
2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.

Seçilən
25
1
vergiler.az

10Mənbələr