Bunu Xarici İşlər Naziri Ararat Mirzoyan qeyd edib.
Rəsminin sözlərinə görə, Aİ-yə inteqrasiyanın başlanması ilə bağlı qanun layihəsi Milli Assambleyanın müzakirəsinə çıxarılıb.
Eyni zamanda, Mirzoyan vurğulayıb ki, son illərdə Brüssel və Yerevan arasında münasibətlər “intensiv və dinamik” olub.
Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində bəyan edib ki, respublika yalnız ümumi referendum nəticəsində Aİ-nin bir hissəsi ola bilər.
...2023-cü ilin payızında mən Avropa Parlamentində çıxış etdim, onun əsas mesajı Ermənistanın Aİ ilə birlikdə olmağa, Aİ-nin mümkün hesab etdiyi qədər yaxın olmağa hazır olması idi. Həmin an Ermənistanda ən böyük marağa səbəb məhz bu çıxış oldu.Ermənistan vətəndaşları arasında bu çıxışa reaksiya görünməmiş idi.
Bunu daErmənistan hökumətinin başçısı əlavə edib.
Bundan əvvəl Paşinyan KTMT-dən gələn təhlükədən danışıb.
Əli Babayev