AZ

Paşinyan: "Bundan xaric Qərbi Azərbaycan yoxdur"

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərazisində "Qərbi Azərbaycan" olmadığını bildirib.

"Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola da bilməz", Paşinyan özünün Facebook hesabında yazıb.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında vaxtaşırı qaçqın düşmüş azərbaycanlıların öz torpaqlarına qayıdacağını bildirir.

Mediaya son müsahibəsində İlham Əliye hətta Paşinyanı "Qərbi Azərbaycan" icması ilə görüşə səsləyib.

Paşinyan isə Azərbaycanı "Qərbi Azərbaycan" ifadəsindən imtina etməyə çağırıb.

İlham Əliyev öz çıxışlarında Ermənistana qarşı ərazi iddialarının olmadığını bildirib.

Videoya Youtube kanalımızda baxın.

Seçilən
46
bbc.com

1Mənbələr