Çin rəhbərliyi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə yüksək səviyyəli nümayəndə göndərmək niyyətindədir...
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti yazıb.
Nəşrin yazdığına görə, Pekin nümayəndəsi Ağ Evin yeni rəhbəri ilə də danışıqlar apara bilər. Qeyd edək ki, əvvəllər Çin Amerika prezidentlərinin inauqurasiya mərasimlərində səfirlər səviyyəsində təmsil olunurdu. ÇXR bu məlumatı hələ şərh etməyib.
“Çin tərəfi müvafiq səviyyəli nümayəndəsini göndərməlidir ki, münasibətlər normal atmosfterdə başlasın”, -deyə FT-nin mənbələrindən biri bildirib. Mümkün namizədlər arasında Çinin vitse-prezidenti Han Çjen və ya xarici işlər naziri Van İ var.
Vəziyyətlə tanış olan başqa bir mənbə bildirib ki, Amerika tərəfi Siyasi Büronun Daimi Komitəsinin üzvü və CPC MK Katibliyinin rəhbəri Tsay Tsini daha nüfuzlu şəxs hesab edərək onu görmək istəyir. FT qeyd edib ki, Trampın şəxsi dəvətinə Si Tsinpinin daha əvvəl rədd cavabı verdiyini nəzərə alsaq, Çinin təmsilçiliyinin səviyyəsi Vaşinqton üçün böyük əhəmiyyət kəsb edəcək.
Poliqon.info