Ukrayna prezidenti Vladimir Zelenski məşhur amerikalı biznesmen İlon Maskdan daha zəngin olub. Bu barədə ukraynalı jurnalist Diana Pançenko X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Jurnalist son günlərin gündəmi olan qaz məsələsinə də toxunub.
“O, qazı Avropa ölkələrinə tranzit etməyəcək. Niyə? Zelenskinin komandası Ukraynanı dünyanın fırıldaq mərkəzinə çevirib”,- Pançenko yazıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural