Bakı. Trend:
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədəryanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Trend xəbərverir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:30-dan saat13:00-dək Biləcəri qəsəbəsi Cantəpə yaşayış massivi və ətrafındayerləşən ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətyaranacaq.
"Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedənərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",-deyə məlumatda qeyd edilib.