Bakı.Trend:
Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramınaəsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.
Trend xəbər verir ki, bunu"Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsalinkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bu sərnişin axınını da 88 milyon nəfərədəkartırılacaq.
“Daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanıntəmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşasıdaxildir”,- deyə o qeyd edib.