AZ

Yunanıstan-Bolqarıstan İnterkonnektoru tam fəaliyyət göstərir

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) tam şəkildəfəaliyyət göstərir.

Bunu Trend-insorğusuna cavab olaraq ICGB AD əməliyyatçı şirkətindənAzərbaycandan Bolqarıstana qaz tədarükünün müvəqqəti olaraqdayandırılması ilə bağlı bildirilib.

Şirkətdən bildiriblər ki, Azərbaycan qazının tədarükündə yarananmüvəqqəti, plandan-kənar fasilə barədə bu yaxınlarda bildirişalıblar.

“ICGB infrastrukturu digər müştərilərin nominasiyalarını yerinəyetirməklə ştat rejimdə fəaliyyət göstərməyə davam edir. Bizyaranmış vəziyyətin texniki təfərrüatlarına malik deyilik, belə ki,problem interkonnektorun obyektləri ilə əlaqəli deyil”, -deyəICGB-dən bildiriblər.

Qeyd edək ki, “Bulgargaz” yanvarın 9-dan 11-ə kimi (2025-ci il)qaz tədarükünün dayandırılması ilə bağlı məlumat vermişdi.

“Müvəqqəti dayandırma barədə bildiriş bizə 6 yanvar 2025-ci iltarixində Azərbaycanlı tədarükçüdən daxil olub”, - şirkətdənbildiriblər.

Azərbaycan Bolqarıstana təbii qazı Yunanıstan-Bolqarıstanİnterkonnektoru vasitəsilə nəql edir. Boru kəmərinin buraxıcılıqqabiliyyəti hal-hazırda 3 milyard kubmetrdir və 5 milyard kubmetrəqaldırıla bilər.

Trend məsələilə bağlıAzərbaycan tərəfinə sorğu göndərsə də, lakin məqalə dərc olunanaqədər heç bir cavab verilməyib.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr