AZ

ABŞ ali məhkəməsində “TikTok”un qadağan edilməsi məsələsinə baxılacaq

Bakı. Trend:

"TikTok" plaformasının nümayəndəsi bugün ABŞ-də Ali Məhkəməninqarşısına çıxarılacaq. Bu “TikTok”un ABŞ-də gözlənilən qadağasınınqarşısını almaq üçün şirkətin sonuncu cəhdi kimiqiymətləndirilir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, populyar əyləncə platforması ötən ilABŞ-də qəbul olunmuş qanunu mübahisəyə çıxarmağa çalışır.

Həmin qanuna əsasən, şirkət ABŞ-də fəaliyyət göstərə bilməsiüçün çinli sahibindən ayrılıb, yerli şirkətin mülkiyyətinəçevrilməlidir. Əks təqdirdə yanvarın 19-dan etibarən sosialşəbəkəyə ABŞ-də qadağa qoyulacaq.

ABŞ hökuməti hesab edir ki, belə bir satış həyata keçməsə, Çin“TikTok”dan bir casusluq aləti və siyasi manipulyasiya vasitəsikimi istifadə edə bilər.

“TikTok” bu iddiaları rədd edərək, ədalətsiz şəkildə hədəfəgəldiyini və qəbul olunmuş qanunun 170 milyona yaxın amerikalıistifadəçinin azad nitq hüququnu pozduğunu bildirir.

Məqalədə:
Seçilən
8
25
az.trend.az

10Mənbələr