Bakı. Trend:
Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinəzəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib.
KTM-dən Trend-ə verilən məlumata görə, şöbəyə qəbul edilənxəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan, 22nəfər botulizmdən zəhərlənən şəxslərdir.
Həmçinin 18 nəfər dəm qazından, 7 nəfər allergik reaksiyadan, 4nəfər etanoldan, 3 nəfər fosfor üzvi birləşmələrdən, 6 nəfəryandırıcı məhlul, 3 nəfər isə anafilaktik şok səbəbilə şöbəyəyerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazızəhərlənmələrindən qeydə alınıb.