1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O, Cənubi Qafqazı Orta Asiya üçün açılan qapı adlandıraraq, Türkiyə üçün önəmli yerdə olduğunu vurğulayıb.
"Qarabağın azad edilməsi regionda qalıcı sülh, istiqrar və rifah üçün tarixi bir fürsət pəncərəsi oldu. Bu müddətdə Can Azərbaycanla çiyin-çiyinə olmağa davam edirik. Ermənistanın da uzunmüddətli və strateji anlayışla davranacağına inanıram".
Türkiyə XİN rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə müəyyən addımlar atdığını vurğulayıb. Lakin davamlı sülhün əldə edilməsi üçün razılaşmanın yerdə qalan bir neçə bəndin tamamlanmasının lazım olduğunu bildirərək, 2025-ci ildə qalıcı sülhə nail olunacağına və firavan bir bölgə görəcəklərinə ümid etdiyini söyləyib.
Hakan Fidan Bakı və İrəvan arasında vasitəçilər olmadan ikitərəfli müzakirələri dəstəklədiklərini deyib.
"Sülhün təmin olunması regionun inkişafında görünməmiş yeni fürsətləri özü ilə gətirəcək", - deyə Türkiyənin xarici işlər naziri qeyd edib.