İmişli rayonunun Boşcalılar kənd sakinləri arasında yaranan insidentin görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər kənd sakinləri arasında torpaq mübahisəsini əks etdirir.
"Tərəflər arasında yaranan insidentlə bağlı polis şöbəsində araşdırma aparılır", - deyə açıqlamada bildirilib.
14:48
İmişli rayonunun Boşcalılar kəndində torpaq məsələsi ilə bağlı sakinlər arasında dava baş verib. Hadisə zamanı gərginlik artaraq fiziki toqquşmaya çevrilib.
hakimiyyet.az xəbər verir ki, bu barədə Baku.ws-in qaynar xəttinə məlumat verilib.
Kadrlarda bir neçə nəfərin münaqişəyə cəlb olunduğu və aralarında kəskin mübahisənin düşdüyü görünür.
Azərbaycanda torpaq üstündə sakinlər arasında kütləvi dava: Araşdırmalara başlanıldı