AZ

2017-ci ildə tikilən Gəncə Dövlət Filarmoniyasının binası çökür -Fotofakt

Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının binasında çatlar əmələ gəlib.
 XALQ.AZ xəbər verir ki, mədəniyyət ocağının bünövrəsində çökmə müşahidə olunur.
Çatlar daha çox binanın arxa hissəsində yaranıb.
Təhlükəli vəziyyətlə əlaqədar filarmoniya yaxınlığında avtomobillərin saxlanılması qadağan edilib.
Eyni zamanda, Gəncə Dövlət Filarmoniyasının sərgilər təşkil olunan “Urban” Mərkəzinin binasının içərisində və çölündə də dərin çatlar əmələ gəlib. Bu bina filarmoniyaya bitişikdir.
Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının təməli 2012-ci ildə qoyulub. İnşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb və bina istifadəyə verilib.
Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet var. Burada 1 200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və bir VIP loja yerləşir. Filarmoniyada kitab satışı da həyata keçirilir. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub.
Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi iki min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.
 Məlumatlarda qeyd olunur ki, Gəncə Dövlət Filarmoniyasının tikintisi üçün  2016-cı ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılır.    Məlumtalara əsəasən binanın dam örtükləri “Armadil Group” şirkətinin məhsuludur.  Digər tikinti işləri aparan şirkətlər barədə məlumatlar yoxdur.
 Qeyd edək ki, 2012-2017-ci illərdə Gəncə Dövlət Filarmoniyası tikilib. Həmin dövrdə Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyev olub.
Seçilən
16
6
xalq.az

7Mənbələr