Xəbər verdiyimiz kimi, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib..Görüşdəki fotolarda həmin zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması müzakirələrə səbəb olub.Oxu.Az-ın məlumatına görə, icra başçısı Əkbər Abbasovun qalmaqala səbəb olan görüntüləri Lerik Rayon İcra Hakimiyyətinin saytından silinib.
Həmin görüşdən şəklə isə fotoredaktor proqramı ilə əl gəzdirilərək sobanın görüntüsü oradan silinib.
Qeyd edək ki, icra başçısının vətəndaşlarla görüşdə müzakirələrə səbəb olan sobadan istifadə xəbəri ilk olaraq Qaynarinfo.az saytında yayımlanıb.