Bakı. Trend:
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasınəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 5 nəfərin (1 kişi, 4qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilibki, daha 1 nəfər (kişi cinsli) bu gün kafi vəziyyətdə ambulatormüalicə üçün evə yazılıb.
Qeyd edilib ki, təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiyaşöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamikgöstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurladavam etdirilib.
Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiyaşöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraqqiymətləndirilir.
Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılanşəxslərin sağlamlıq durumları həmin şəxslərin məskunlaşdığıərazilərdəki aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdəsaxlanılır, zərurət yarandığı hallar üzrə psixoloji dəstəklə dətəmin ounurlar.