AZ

"Apple" və "Google" "FaceApp" yükləyən bütün braziliyalılara təzminat ödəyəcək

Braziliya hökuməti "Apple" və "Google" şirkətlərini "FaceApp" tətbiqinin yayılmasına görə 19 milyon real (təxminən 3,1 milyon ABŞ dolları) məbləğində cərimə edib. 

Valyuta.az xəbər verir ki, bu barədə UOL portalı məlumat yayıb.

Məhkəmə qərarında qeyd olunur ki, hər iki şirkət "FaceApp"ın istifadəçilərin razılığı olmadan məxfi məlumatları toplamasına şərait yaratdığı üçün məsuliyyət daşıyır. Bu isə Braziliyanın "İnternetdə Vətəndaş Hüquqlarının Əsasları" qanununu pozur.

Qanun pozuntuları

Braziliya qanunvericiliyinə əsasən, platformalar istifadəçilərin razılığı olmadan geniş miqyasda şəxsi məlumatlar toplaya bilməz. Üstəlik, "FaceApp" tətbiqi istifadə şərtləri və məxfilik siyasətini portuqal dilində təqdim etmir ki, bu da qanun pozuntusudur.

Məhkəmə qərarına əsasən, "Apple" və "Google" 2020-ci ilin iyun ayından etibarən "FaceApp" tətbiqini yükləyən hər bir braziliyalı istifadəçiyə 500 real (təxminən 82 ABŞ dolları) məbləğində təzminat ödəməlidir.

"Apple" və "Google"un mövqeyi

Hər iki şirkət öz növbəsində tətbiqin yalnız onların platformalarında yayımlandığını və onun siyasətinə görə məsuliyyət daşımadıqlarını bildirib. "Apple" və "Google" məhkəmə qərarını apellyasiya qaydasında şikayət etmək niyyətindədir.

Paşa Məmmədli

Seçilən
27
valyuta.az

1Mənbələr