AZ

AK sədri Ursula fon der Leyen Donald Trampın andiçmə mərasiminə dəvət olunmadı

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət olunmadığı üçün orada iştirak etməyəcək.

“Sədr fon der Leyen Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırmır. Dəvət olarsa, görəcəyik”, – deyə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Bloomberg” iki mənbəyə istinadən xəbər verir ki, Ursula fon der Leyenin nümayəndələri AK rəhbərinin yanvarın 20-dən əvvəl Floridadakı mülkünə səfəri ilə bağlı Donald Trampın köməkçiləri ilə əlaqə saxlayıblar. Agentliyin mənbələri bildiriblər ki, görüşün təşkilinin mümkün olub-olmayacağı hələlik bəlli deyil. Eyni zamanda, Ursula fon der Leyen artıq bir neçə gündür ki, pnevmoniyadan sağalır.
ABŞ prezidentinin andiçmə mərasiminə xarici liderləri dəvət etmək adət olmasa da, Donald Trampın andiçmə mərasiminə ilk dəvət olunanlar arasında Çin lideri Si Cinpin olub. Media bildirib ki, dəvət olunanlar arasında El Salvador prezidenti Nayib Bukele, İtaliyanın baş naziri Giorgio Meloni və Argentina prezidenti Xavyer Mili də var.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
50
editor.az

10Mənbələr