“Anadolu”nun operatoru Qəzzada güllə yarasından öldü
Türkiyənin “Anadolu” agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, insident fələstinli qaçqınlar üçün yaradılmış “Əsgər Əl-Cədid” düşərgəsinin ərazisində baş verib.
Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəklə çıxarıldığı yerdən çəkiliş aparıb.
“Anadolu”nun məlumatına görə, düşərgənin özü İsrail əsgərləri tərəfindən mühasirəyə alınıb və içəridə çoxlu jurnalist olub.