AZ

Ağsuda qanunsuz saxlanılan 10 ov tüfəngi polisə könüllü təhvil verilib

Bakı, 11 yanvar, AZƏRTAC

Ağsuda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Seçilən
21
10
azertag.az

10Mənbələr