AZ

Trampın "almaq" istədiyi ölkələr siyahısına Kuba və Tayvan da var -"The Hill"

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı almaq, Panama kanalına yiyələnmək və Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək barədə bəyanatlar verərkən, o, Kuba ilə Şimali Koreya, eləcə də Tayvanı da əhatə edəcək digər oxşar addımlar da ata bilər. Trampın potensial “alış-veriş siyahısı”nı keçmiş Pentaqonun rəsmisi Duqlas MakKinnon “The Hill” üçün yazdığı məqalədə açıqlayıb.

Məqalədə qeyd edilib ki, Tramp biznesmendir və indi onun “biznes sövdələşmələri” bina və otellərə deyil, artıq konkret ölkələrə yönəlib... Məqalədə o da yazılıb ki, Donald təkbaşına qlobal biznes imperiyası yaradan bir insan kimi mütəmadi olaraq qeyri-standart fikirlər irəli sürür və başqalarının nəzərindən qaçmış suallar verir.

“Amerikanın milli və təhlükəsizliyinə birbaşa təsiri olan ölkələrə qayıtsaq, belə bir fonda Kuba haqqında nə demək olar? Siyahıya əlavələr olarsa, Baham adaları, Haiti, Tayvan və ya hətta Şimali Koreya haqqında düşünmək olarmı?”,- o sual edib.

Tural

Seçilən
39
news365.az

1Mənbələr