AZ

Azərbaycan 2024-cü il Enerji keçidi indeksi üzrə MDB ölkələri arasında liderdir - WEF reytinqi (FOTO)

Bakı. Trend:

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum –WEF) hazırladığı 2024-cü ilin energetik keçid İndeksinə (EnergyTransition Index, ETI) görə, Müstəqil Dövlətlər Birliyindən (MDB)olan bütün dövlətləri üstələyib.

Trend xəbər verir ki,Azərbaycan 120 ölkə arasında ümumilikdə 60.3 bal toplamaqla 38-ciyerdə qərarlaşıb və bununla da bütün MDB ölkələrini və qonşudövlətləri geridə qoyub. Qonşuları arasında AzərbaycanErmənistandan (79-cu yer, 52.7 bal), Gürcüstandan (56-cı yer, 56.3bal), Türkiyədən (59-cu yer, 55.8 bal) və İrandan (102-ci yer, 49.0bal) üstün olub.

Azərbaycan eyni zamanda, Mərkəzi Asiyadan Qazaxıstan (98-ci yer,50.1 bal), Qırğızıstan (80-ci yer, 52.7 bal) və Tacikistan (71-ciyer, 53.6 bal) kimi ölkələri geridə qoyaraq, bir daha Xəzər dəniziregionunda lider olduğunu təsdiqləyib.

Qeyd edək ki, Özbəkistan və Türkmənistan reytinqə daxiledilməyib.

WEF göstəricilərinə əsasən, dünya üzrə orta göstərici 56.5 balolub ki, bu da Azərbaycanın reytinqindən kifayət qədəraşağıdır.

Reytinqin liderləri isə Şimali Avropa ölkələri olub: İsveçrə78.4 bal göstəricisi ilə reytinq cədvəlinə başçılıq edir. İkinciyerdə 75.2 balla Danimarka qərarlaşıb. Üçüncü yerdə isə 74.6 ballaFinlandiya mövqe tutub.

Onu da qeyd edək ki, 2024-cü il üzrə enerji keçid indeksiölkələrin tərəqqisini müqayisə etməyə və izləməyə imkan verən vahidmetodologiya əsasında onların enerji sistemlərinin kompleks şəkildəqiymətləndirilməsini təmin edir.

ETİ ölkələri başlıca olaraq iki əsas meyar əsasındaqiymətləndirir: Sistemin effektivliyi və keçidə hazırlıqsəviyyəsi.

Sistemin effektivliyi meyarına enerji əlçatanlığı, təhlükəsizlikvə dayanıqlılıq kimi aspektlər daxildir. Keçidə hazırlıq meyarı isəbir sıra faktorları, o cümlədən nizamlanma, siyasi bağlılıq,maliyyələşmə, investisiyalar, innovasiyalar, infrastruktur vətəhsil kimi faktorları təhlil edir. Ölkənin yekun balı bu iki meyarüzrə nəticələrin məcmusu əsasında (müvafiq olaraq 60 və 40 faizçəki ilə) müəyyənləşir.

WEF məlumatlarına görə, ölkələrin böyük əksəriyyəti enerjikeçidində irəliləyiş nümayiş etdirir. Şimali Avropa dövlətlərireytinqə başçılıq edirlər, Çin, Braziliya kimi ölkələr isə əvvəlkiillərlə müqayisədə öz mövqelərini əhəmiyyətli dərəcədəyaxşılaşdırıblar.

Azərbaycan
Seçilən
16
5
az.trend.az

8Mənbələr