Hacıqabul, 11 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul rayonunda minik avtomobilinin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.