AZ

Anri bu milli komandanı çalışdırmağa əsas namizəddir

"Monako"nun və "Monreal"ın sabiq baş məşqçisi Tyerri Anri Belçika millisinə rəhbərlik edə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Saşa Tavolyeri LN24-də yayımlanan "Bonsoirlesport" proqramında deyib.

Əfsanəvi fransalı daha əvvəl Belçika yığmasında Roberto Martinesin köməkçisi kimi çalışıb - əvvəlcə 2016-cı ilin yayından 2018-ci ilin payızınadək, sonra isə 2021-2022-ci illərdə.

Belçika yığmasının hazırkı baş məşqçi Domeniko Tedeskonun yaxında istefaya göndəriləcəyi bildirilir. Alman-İtalyan mütəxəssis 2023-cü ilin fevralından yığmaya rəhbərlik edir. Onun rəhbərliyi altında Belçika millisi AÇ-2024-ün 1/8 finalına yüksəlib və Millətlər Liqasının qrup mərhələsində üçüncü yeri tutub. Belçikalılar A divizionunda qalmaq uğrunda Ukrayna ilə qarşılaşacaq.
 

Seçilən
11
fanat.az

1Mənbələr