AZ

Rusiyada ilk dəfə olaraq media qurumu terror təşkilatı kimi tanındı

“Komi Daily” Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən terror təşkilatı kimi tanınan ilk media orqanı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Forbes yazıb.
 

FTX Komi Daily-ni noyabrda Rusiya Federasiyası Ali Məhkəməsinin terror təşkilatı kimi tanıdığı “Post-Rusiyanın Azad Dövlətlər Forumu”nun struktur bölmələrindən biri hesab edir. Bununla belə, Komi Daily forumla hər hansı əlaqəni inkar edir.


“Komi Daily” saytı 2024-cü ilin mart ayından “LGBT” (“Beynəlxalq LGBT İctimai Hərəkatı” ekstremist və terrorçu kimi tanınıb, Rusiya Federasiyasında qadağan olunub) mövzusunda material dərc edildiyi üçün bloklanıb. 2024-cü ilin mayında nəşrin redaktorları nifrət və ya düşmənçiliyin qızışdırılması və ya insan ləyaqətinin alçaldılması maddəsi ilə cərimələnib.

Bizim.Media

Seçilən
14
8
bizim.media

10Mənbələr