AZ

Putin işğalçı hücuma buna görə cəsarət etdi - Kuleba

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı bir neçə ay gecikdirilə bilərdi, lakin onun qarşısını tam almaq mümkün deyildi.

Bakıvaxtı.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

“Bu müharibənin qaçılmaz olduğu qənaətinə gəldim. Amma təxirə salına bilərdi. İllərlə yox. Aylarla - bəlkə də, bəli”, - Kuleba vurğulayıb.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada bu genişmiqyaslı işğalı ona görə başlatdı ki, o, Qərbin passivliyinə və onun bu təcavüzə cavab verməyəcəyinə əmin idi.

Seçilən
10
50
bakivaxti.az

10Mənbələr