Yəmənin Bəyda əyalətində husi üsyançı “Ənsar Allah” hərəkatının nəzarəti altında olan qazdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Əl-Cəzirə” telekanalı yayıb, ancaq detalları açıqlamayıb.
“Al Mashhad”ın məlumatına görə, Ez-Zaher bölgəsinin Əl-Məcriş bölgəsində dörd qazdoldurma məntəqəsi partlayıb.
Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdirilib.
Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta