AZ

Hakan Fidan Suriya ilə bağlı toplantıya qatıldı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda Ərəb Birliyinə üzv ölkələrin iştirakı ilə keçirilən Suriya toplantısına qatılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

“TRT Haber”in xəbərinə görə, Fidan toplantıda Türkiyənin Suriya xalqının qarşısındakı çətin yolu asanlaşdırmaq üçün üzərinə düşəni etməyə hazır olduğunu deyib: "Bu kritik dövrdə beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyada yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında diqqətli bir tarazlıq quraraq, tarazlaşdırıcı bir qüvvə kimi hərəkət etməliyik”.

Seçilən
9
7
publika.az

10Mənbələr