“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq”.
APA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç X sosial platformasında yazıb.
Prezident Azərbaycana və Prezidentə sonsuz təşəkkürlərini bildirib.