AZ

Fidan Lavrovla Ukrayna və Suriyanı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Ukrayna, Suriya və enerji təhlükəsizliyini müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Söhbət zamanı Suriya və Ukraynada baş verən hadisələrlə yanaşı, enerji təhlükəsizliyi mövzusu da müzakirə olunub”, - mənbə bildirib.

O, nazirlərin söhbətinin məzmunu ilə bağlı başqa təfərrüat verməyib.

Seçilən
22
ucnoqta.az

1Mənbələr