Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
Xezerxeber.az xəbər verir ki, avtomobilin sahibi Rusif Nəzərovun sözlərinə görə, hadisə səhər saat 6 radələrində baş verib.
Avtomobilin alovlandığını görən qonşular yanğına müdaxilə etməyə çalışıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Avtomobildə ölən şəxsin kimliyi hələ ki bəlli deyil. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.