AZ

Cənubi Koreya kəşfiyyatı Kursk bölgəsində Şimali Koreya hərbçilərinin itkilərinin sayını açıqlayıb

Bu günə qədər Rusiyanın Kursk vilayətində Şimali Koreyanın hərbi kontingentinin 300-ə yaxın hərbi qulluqçusu həlak olub. 

Missiya.Az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.

Bildirilir ki, Şimali Koreya qoşunlarının bölgədəki ümumi itkiləri bu gün təxminən 3 min nəfər təşkil edir, onlardan 300-ü ölüb, 2700-ü yaralanıb.

Qeyd edək ki, bir müddət öncə xarici kəşfiyyat orqanları Şimali Koreyanın Rusiyaya 12 min hərbçi göndərdiyi barədə məlumat yayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr