AZ

Azərbaycan - Yunanıstan oyununun təyinatları açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin Bakıda Yunanıstana qarşı keçirəcəyi AVRO-2026-nın əsas mərhələsinin oyunu üçün təyinatlar bəlli olub.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.

Qeyd edək ki, Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.

Seçilən
6
12
report.az

10Mənbələr