"Azəriqaz" İstehsalat Birliyin baş direktorun müşaviri Nail Abdullayev Bakıda avtomobillə piyadanı vuraraq öldürüb. Bu barədə yerli mətbuatda xəbər paylaşılıb.
Belə ki, Abdullayev idarə etdiyi "Mercedes" markalı, 77-YD-054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub və hadisə nəticəsində piyada yerində ölüb.
Qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.
www.anews.az