AZ

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacaqmı?

Hurriyyet.az xəbər verir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır.

"Sputnik Ermənistan" nəşrinin məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarından bəhs edən çıxışında Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsinin hökumətin gündəmində olmadığını bəyan edib.

Papoyan deyib: "Avrointeqrasiya məsələsi - paralel gündəmdədir. Bizim əsas vəzifəmiz - ittifaqlar arasından birini seçmək deyil, iqtisadiyyatı möhkəmləndirməkdir. Ermənistanın Avropa İttifaqı, Avrasiya İqtisadi İttifaqı və ya hansısa digər təşkilatda olması əsas deyil".

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistanda Avropaya inteqrasiya prosesinin başlanması barəsində qanun layihəsi təsdiqlənib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədindəki müşahidəçi missiyasının fəaliyyəti də daxil olmaqla, Avropa İttifaqının Ermənistana siyasi dəstək verdiyini xatırladıb.

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk isə bəyan edib ki, eyni zamanda Avrasiya İqtisadi ittifaqı ilə avropa İttifaqının hər ikisinin üzvü olmaq mümkün deyil, çünki, hər iki birlik gömrük sərhədlərinin olmamasını, ticarət məhsullarının xidmətlərin və işçi qüvvəsinin azad hərəkətini tələb edir. Kreml öz təmsilçisi Dmitri Peskovun vasitəsi ilə bu mövqeyini bir daha bəyan edib. 

Hürr Tərcüman

Seçilən
22
17
hurriyyet.az

10Mənbələr