Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2025-ci il tarixinəaktiv vergi ödəyicilərinin sayı 21 778 nəfərə çatıb.
Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbərverir.
Məlumata görə, bu göstərici illik müqayisədə 40,5% çoxdur.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2025-ci iltarixinə aktiv ƏDV ödəyicilərinin sayı isə 28% artaraq 548olub.
Qeyd olunub ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin)sayı isə 13,1% artaraq 6 025 təşkil edib.