İran prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edəcək.
Missiya.Az “Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
O, bildirib ki, Pezeşkianın Rusiya səfəri zamanı bir sıra müqavilələr imzalanacaq.
Onun sözlərinə görə, İran prezidenti ilk öncə Tacikistana ardınca isə Rusiyaya səfər edəcək.
Xatırladaq ki, Pezeşkian sonuncu dəfə 2024-cü ilin oktyabr ayında Rusiyaya səfər edib.
Daşqın HəsənovMissiya.Az