AZ

Pişiyi xilas etmək üçün evində divarı yardılar

Başqırdıstanın paytaxı Ufada kişi pişiyi xilas etmək üçün mənzilində divarı sındırıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, heyvan 10 gündən çox qapalı vəziyyətdə saxlanılıb.

Yeni il öncəsi hündürmərtəbəli binalardan birinin sakinləri pişik səsini eşitməyə başlayıblar. SHOT teleqram kanalı yazır ki, yerli sakinlər bir neçə gündür ki, pişiyin sadəcə binanın girişinə girdiyini düşünürdülər, lakin heç kim heyvanı görə bilməyib.

Kişi, cəmi 12 gündən sonra mənzilində hamamın divarının arxasında pişiyin səsini aydın eşidib. Kişi pişiyə yazığı gəlib və xilasediciləri çağırıb. Onlar divarı yarıb heyvanı xilas ediblər.

Mənzil sahibi pişiyi saxlamaq qərarına gəlib və adını Kuzey qoyub.

Seçilən
19
medianews.az

1Mənbələr