Olaylar.az xəbər verir ki, xarici işlər naziri Lars Lökke Rasmussen mətbuat konfransında qeyd edib ki, Danimarka və Qrenlandiya birgə olaraq ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ilə dialoqa hazırdır.
Bu addım, ABŞ-nin maraqlarını nəzərə almaq və Arktikada təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Amerikalılar bölgədəki təhlükəsizlik məsələlərindən narahatdırlar.
Donald Tramp daha əvvəl Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirmişdi. O, bunun Çin və Rusiyadan gələn təhlükələrdən qorunmaq üçün vacib olduğunu vurğulamış, hətta Qrenlandiyanı almaq imkanını da nəzərdən keçirdiyini söyləmişdi. Qeyd edək ki, Qrenlandiya Danimarkaya məxsus muxtar ərazidir.
Bundan əvvəl The Hill nəşri xəbər vermişdi ki, Qrenlandiya əhalisinin yarısından çoxu adanın ABŞ-ə birləşdirilməsini dəstəkləyir. Respondentlərin yalnız 37%-i bu təşəbbüsə qarşı çıxıb.